yun. prognosis – öncədən görmə
Əldə olan məlumatlar, elmi dəlillərə əsasən hər hansı prosesin, hadisənin gələcək inkişafı və nəticələri haqqında əvvəlcədən söylənilən fikir.
P.-lardan jurnalistikanın analitik janrlarında, xüsusən siyasi və iqtisadi mövzularda məqalə və verilişlərdə geniş istifadə edilir. Bəzi dərs vəsaitlərində (məs.: «Dövri mətbuatın janrları», Moskva, 2000) P. jurnalistikanın ən yeni janrlarından biri kimi təqdim olunur.
Jurnalistika terminləri lüğəti