Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

püfə1

Əli Bayramlı, Salyan, Tovuz

1. Yonqar (Əli Bayramlı, Salyan). □ Bəndənin ağzınnan çıxır püfə (Əli Bayramlı); Püfə taxdadan tez yanar (Salyan); O püfədən bir teş <teşt> gəti, gərmənin altda tökəx' (Çənbərək); O odununpüfəsin ocağa ver (Kürdəmir).

2. Taxta kəpəyi (Tovuz). □ Taxdadan çıxan xurdaja kəpə: püfə de:lir.

3. Çəltik qabığı, kəpəyi (Cəbrayıl, Çənbərək, Füzuli, Gədəbəy, Xanlar, İmişli, Kürdəmir, Qarakilsə, Masallı, Ordubad).  Püfəni küləy aparır, saman qalır (Kürdəmir); Püfüyü yığ da, mala:par <mala apar> verginən (Gədəbəy); Taxılın püfəsin təmizləməx' lazımdı (Xanlar).

püfə2

Oğuz

Uşaq üçün hazırlanmış xörək adı. □ Uşağ ağlıyır, püfəsini ver ona.

püfə3

Culfa

Yem. □ Püfəni mala verəllər.

Azərbaycan dilinin dialektoloji lüğəti