►«Bu işdə bir xeyir, fayda və qazanc yoxdur» mənasında işlədilən ifadə.
İfadənin Qədim Roma imperatoru Vespasianın dilindən çıxıb işlədildiyi ehtimal edilir.
İmperatorun bu ifadəni guya ictimai ayaqyolularına qoyulan vergidən əldə olunan pullara etirazını bildirmiş oğlu Tuta söylədiyi iddia edilir. İfadənin ilk dəfə işləndiyi «On iki Sezarın həyatı» (müəllif: Qay S. Trankvill) romanında ata ilə oğul arasındakı həmin söhbət belə təsvir olunur: «Tut təbii ehtiyacların ödənməsinə görə adamlardan vergi alınması ilə bağlı atasını qınayanda o həmin vergilərdən yığılmış pulların arasından bir dəmir sikkə götürüb oğlunun burnuna yaxınlaşdırdı və puldan iy gəlib-gəlmədiyini soruşdu. Oğlu: «Yox, heç bir iy gəlmir», – deyə cavab verdi. Onda Vespasian gülərək: «Amma biləsən ki, bu pul sidikdən qazanılıb», – dedi».
Sonralar «Puldan iy gəlmir» ifadəsi həm məcazlaşmış, həm də dəyişikliyə uğrayaraq hər hansı bir işdə mənfəətin olmadığını bildirmək üçün «Pul iyi gəlmir» şəklinə düşmüşdür.
Məsəllər, deyimlər