1. Orqanizmin damarlarında dövr edib, onun bütün hüceyrələrinin qidalanmasını və maddələr mübadiləsini təmin edən qırmızı maye.
2. Məcazi mənada: qan qohumluğu.
3. Məcazi mənada: qətl, adam öldürmə. □ Burada, deyəsən, qan var.
4. Məcazi mənada: düşmənlik, qanlı ədavət. □ Aralarında qan var.
5. Öldürülən adamın intiqamı, qisası. □ Qanını tələb etmək.
6. Məcazi mənada: dava, müharibə mənasında. □ Qan olmasın deyə dünya xalqları arasında sülh yaradılmalıdır.
7. Məcazi mənada: təbiət, fitrət.
8. Məcazi mənada: təəssüb, qeyrətkeşlik mənasında. □ Onda heç qan yoxdur.
9. Arxaizm. Qan bahası öldürülən bir adamın əvəzində öldürəndən və ya onun qohumlarından alınan pul və s.
10. Qan bahasına – çox böyük insan tələfatı hesabına, böyük qurbanlar verərək.
11. Qan qardaşı – birgə mübarizədə axıdılan qan nəticəsində bir-birinə yaxın olan adam haqqında. □ Qan qardaşım, nəhayət ver artıq yasına; Azadlığı alacaqsan qan bahasına.(S.Rüstəm).
12. Qan ocağı – fitnə-fəsad mənbəyi, cinayət yuvası. □ Məni qan ocağı adlandırdılar, kənddən qovdular. (S.Rəhimov).
Həmçinin bax: