Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qanacaq [qanacax] isim

1. Düşüncə, şüur, anlaq. □ Dil,.. şəxsiyyətin qabiliyyət qanacaq dərəcəsini bildirən bir məhək daşıdır. (M.İbrahimov).

2. Ədəb, mərifət, tərbiyə. □ Bu adamda heç bir qanacaq yoxdur.
3. Zehniyyət, görüş mənasında. □ Bəs hər zəmanənin bir qanacağı var .. (N.Vəzirov).

Azərbaycan dilinin izahlı lüğəti