Reklam
Reklam

Məsəllər, deyimlər

QARAGÖZLÜK GƏLMƏK

►Aldatmaq, aldatmağa cәhd etmәk, özü tәqsirkar olduğu һalda başqasını günahlandırmaq.

İfadә türk xalq tamaşasının qәhrәmanı olan Qaragözün adının ümumilәşmәsi nәticәsindә meydana çıxmışdır.

«Qaragöz» cansız aktyorlarla oynanan bir oyundur. Kukla teatrından fәrqi odur ki, teatrda üçölçülü, burada isә ikiölçülü surәtlәrdәn istifadə edilir.

Əsasən, Türkiyәdә XVII–XVIII әsrlәrdә geniş yayılmış «Qaragöz» xalq teatrı bizdәki mәşhur «Kilimarası» tamaşasını xatırladır. Bu teatrın әsas iştirakçısı Qaragöz adlanır. Adәtәn, axşamlar, xüsusilә dә ramazan ayında yığıncaq olan bir yerdә kətandan vә ya ağ kağızdan ekran düzәldib onu arxa tərәfdәn lampa vә ya şamla işıqlandırırdılar. Camış vә ya dәvә gönündәn düzәldilmiş rәngarәng fiqurları oyunun yeganә artisti nazik, balaca ağac çubuqlar vasitәsilә müxtәlif şәkillәrdә һәrәkәt etdirirdi. Әsas personaj olan Qaragöz sadә, lakin sağlam tәfәkkürü ilә ikiüzlü varlılara, yalançı «alimlәrә» hәmişə qalib gәlirdi.

Övliya Çәlәbinin göstәrdiyinә görә, «Qaragöz» tamaşası XVI әsrdәn mövcuddur.

Məsəllər, deyimlər