azərb. qaraman sözü dərisinin rəngi qarabuğdayı, qaraşın, qara olan adam (kişi) mənasındadır.
Tarixdən məlum olduğu kimi, Qaramanlar Kiçik Asiyada Qaraman bəyliyini (1256-1483) yaratmışlar. Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşun başçısının adı Qaraman olmuşdur. Qaraman kişi adı həmin sərkərdənin adındandır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qaraman bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycan ərazisində Qaraman toponimi də məlumdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti