Reklam
Reklam

Etimologiya lüğəti

qaranquş

Sözün əsli fırlanquş, burulanquş kimi olub. Sürətlə və sapma vuraraq uçduğu üçün belə adlanıb. Anadolu türklərində kurlanğuc balıq ifadəsi “qanadlı balıq” mənasında işlədilir. Quş sürətlə uçduğuna görə belə adlanıb, söz карангич şəklində ruslara da keçib. Lastoçka mənşəcə litva sözüdür, etimoloqlar onun mənasının “tez” (быстрый, часто?) demək olduğunu xüsusi olaraq qeyd ediblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti