Reklam
Reklam

Etimologiya lüğəti

qarğa

Bunun üç yozumu mümkündür:

1. Qara sifətindən əmələ gəlib, quşun rəngi ilə bağlıdır (rus dilindəki галкаворона sözləri də “qara” deməkdir).

2. Qar­ğamaq feili ilə bağlıdır. Keçmiş təsəvvürə görə, bu quş qarıldayarkən pis şeylər arzu edirmiş.

3. Söz təqlididir və qarıltı kəlməsi zəminində yaranıb. Ruslardakı грач sözü də гракать (плакатьплач qəlibi üzrə) sözündəndir, çıxardığı səsə görə belə adlanıb, təqlidlə bağlılıq daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti