►Yağışdan sonra səmada yaranan yeddi rəngli göyqurşağının (qövsi-qüzehin) xalq arasındakı adı.
İfadə optik hadisə olan göyqurşağının yaranma səbəbinin yanlış qavranılması nəticəsində meydana gəlmişdir.
Göyqurşağının yaranması yağış vә ya dumanda olan su damlalarında günәş şüalarının sınması nәticәsindә meydana çıxan optik hadisәdir. Qədimdə bunu bilməyən insanlar onun һaqqında müxtәlif rәvayәtlәr düzәltmişdilәr; məsələn, qәdim babillilәrin әqidәsinә görә, göyqurşağı ilaһә İştarın hәmailidir, qәdim yunanların fikrincә isə bu, ilahә İridanın tәbәssümüdür.
Xristianlar iddia edirlәr ki, göyqurşağı Allahın Nuha verdiyi belә bir vәdin rәmzidir ki, bir daha tufan olub dünyanı su basmayacaq. Müsәlmanlarda isә göyqurşağı «peyğәmbәr qurşağı» adlandırılır. Azərbaycan dilində bәzәn «qarı nәnә» ifadәsi әvәzinә «Fatma ana//nәnә//xala» ifadәsi işlәdilir. Hәmin ifadәdә «örkәn» yerinә bәzәn «һana» vә ya «qurşaq» işlәdilir.
Adətən, göyqurşağı o zaman yaranır ki, səmada bir tərəfdə yağış yağdığı һalda, digәr tәrәfdә günәş çıxmış olur. Yağışlı buludlar qәrbdәn şәrqә tәrәf irәliləyir, buna görә dә yaranan qurşaq göyün qərb һissәsindә yağışın yaxınlaşdığını, axşamlar isә yağış damlalarının (göyün şәrq tәrәfindә) uzaqlaşdığını göstәrir. Belәliklә, göyqurşağına әsaslanmaqla yağışın kәsәcәyini vә ya davam edәcәyini müәyyәnlәşdirmәk mümkündür.
Orta əsrlərdə hadisəni elmi cəhətdən bu şəkildə izah etmәyә çalışan italyan alimi Antonio Dominisi kilsә ölümə məhkum etmişdi. Onun cәsәdi vә göyqurşağı haqqındakı kitabı kütlә qarşısında yandırılmışdı.
Məsəllər, deyimlər