Bu söz həm “живот”, həm də “qarın boşluğunda yerləşən əzalar (içalat)” anlamında işlədilir. Qarnım ağrıyır dedikdə heç də живот nəzərdə tutulmur, içəridəkilər (mədə və s.) nəzərdə tutulur. Mədə yerinə çox vaxt qarın deyirik (qarın qutabı və s.). Qarın sözünün qədim mənası “boşluq” deməkdir, “kisə”dir, “qazan”dır, “qab”dır. Güman edirəm ki, qarın, qazan, qursaq sözləri qədimdə “qab” mənasında işlədilmiş qa sözü ilə kökdaşdır. İndi də kənd yerlərində qarından yağ qabı kimi istifadə edirlər. Maraqlıdır ki, farslar qarın yerinə, cigərgah işlədirlər. Deməli, qarın boşluğunda olanların hamısı ciyər hesab edilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti