1. Başqa şeyin, ya şeylərin içərisinə girib orada itib getmək, ayrılmayacaq, fərqlənməyəcək, seçilməyəcək hala düşmək. □ Boyalar qarışdı.
2. Birləşərək bir kütlə halına gəlmək; qovuşmaq, birləşmək, qoşulmaq. □ Bütün dəstə hücuma keçən böyük axına qarışdı. (M.Hüseyn).
3. Qarma-qarış olmaq, nizam və tərtibi pozulmaq, bir-birinin içinə girmək, dolaşıq düşmək. □ Onun bığları saqqalına, saqqalı da bığlarına qarışmışdı.(Qantəmir).
4. Səs-küy düşmək, canlanmaq, hərəkətə gəlmək. □ Qarışdı, səsləndi birdən aralıq.. (S.Vurğun).
5. Müdaxilə etmək, iştirak etmək, bir işin gedişinə təsir etmək. □ Özgənin işinə qarışmaq.
6. Bulanmaq. □ Ürəyim qarışır.
7. Pozulmaq. □ Axşamüstü hava qarışdı.
Həmçinin bax: