►Nəyə isə ehtiyatla işarə etmək, nəyisə əvvəldən öyrənmək, bir şeydən söz salaraq fikir öyrənmək.
İfadədəki «qarmaq» sözündən bəllidir ki, bu frazeoloji vahid birbaşa balıq tutmaqla bağlıdır.
Təbiət həvəskarları bilirlər ki, balıqtutma prosesinin öz incəlikləri var və o, müəyyən həssaslıq, çeviklik tələb edir. Xüsusən balıq sürüsü ov yerinə gəldikdə balığı ürkütməmək üçün tilovu sakitcə və ehtiyatla suya atmaq lazımdır. Ehtiyatsız hərəkətlə səs-küy salaraq balığı ürkütmək olar, o zaman gərək balığın yenidən həmin yerə gəlməsini gözləyəsən.
Eyni ehtiyatla da kimdənsə lazım olan məlumatları elə öyrənmək lazımdır ki, o, sorğu-sualın əsl məqsədini anlamasın. Buna görə də kimsə onu maraqlandıran məlumatları əldə etmək üçün zahirən əhəmiyyətsiz görünən suallar verəndə «o nəyə görəsə qarmaq atır» ifadəsi işlədilir.
Məsəllər, deyimlər