Bir zamanlar “baxmaq” mənasını verən qaramaq feilimiz olub. Göz yerinə qaraq işlətmişik. Gözümün qarası birləşməsindəki qara sözü də həmin qaraq kəlməsi ilə bağlıdır. Qorumaq sözü də göz (gör) kəlməsi ilə kökdaşdır: göz özü qaraq sözünün görmək variantından əmələ gəlib. Deməli, qoru sözü “göz yetir, bax, nəzarət elə” deməkdir. Belə mülahizə var ki, qarovul qoru və aul kəlmələrindən törəmədir. İndi təkcə aulu yox, çox şeyi qoruyana qarovul (qoruqçu) deyirlər. Караул formasında rus dilində də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti