Bu söz qaynaqlarda qısırğa kimi verilib. Güman ki, qısmaq (qırışmaq, burulmaq) feili ilə bağlıdır. Havada qasırğa olanda hərə bir tərəfə qaçır və sığınacaq (qısılmaq) yeri axtarır. İkinci ehtimal belədir: sözün əsli qopurğa kimi olub, sonra qasırğa şəklinə düşüb. Qopurğa qoparğanı götürmək ifadəsindəki birinci sözlə bağlıdır. Farslar buna girdbard (külək burulğanı) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti