Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QAYITMAZ

azərb. qayıtmaz (qeyri-qəti gəl. z. ş. qayıtmaq feli, ink.) sözündəndir. Qayıtmaz kişi adı dönməz, möhkəm, mətin mənasındadır.

Bu gün Azərbaycan antroponimikasında Qayıtmaz köhnəlmiş, yalnız soyadlarda yaşayan kişi adları sırasındadır. Qeyd etmək lazımdır ki, hazırda Qayıtmazov, Qayıtmazlı soyadlarının kifayət qədər mövcud olması yaxın keçmişə qədər məişətimizdə Qayıtmaz kişi adının da geniş yayıldığına dəlalət edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti