Reklam
Reklam

Məsəllər, deyimlər

QAZ YERİŞİ YERİMƏK

►Başqalarını, xüsusilә müәyyәn cәhәtlәrdәn özündәn üstün olanları tәqlid etmәk, qabiliyyətindәn artıq iş görmәyә cәhd göstərmək.

İfadə qazın başqa quşlardan fərqli tərzdə yeriməsi ilə bağlı yaranmışdır.

Azərbaycan ornitologiyasında qaz həmişә müsbәt qiymәtlәndirilmiş, gözәllik rəmzi hesab olunmuşdur. «Kitabi-Dədә Qorqud» dastanında qaza bәnzәyən qız-gәlindәn bәhs olunur. Xüsusilә qazın yanlarını basa-basa fərqli tərzdə yeriməsi diqqәti cəlb etmiş, o, başqa quşlardan fәrqlәndirilmişdir.

Xalq arasında qaz yerişi ilə bağlı «Toyuq istədi ki, qaz yerişi yerisin, öz yerişini də itirdi» ifadəsi də işlənir. Bir sıra qədim yazılı Şərq mәnbәlərində bu ifadә bir qәdər başqa şәkildədır: «Qarğa kәklik yerişi yerimәk istәdi, öz yerişini dә unutdu».

Məsəllər, deyimlər