Elxanilər dövlətinin hökmdarı Qazan xan (1295–1304) tərəfindən XIV əsrin əvvəlində həyata keçirilmiş islahatlar.
Q.X.İ.-nın əsas məqsədi mərkəzi hakimiyyəti möhkəmlətmək və iqtisadiyyatı dirçəltmək olub. Bunun üçün ölkədə vahid pul sistemi yaradılıb, sabit çəki və ölçü vahidləri tətbiq olunub, torpaq və məhkəmə islahatları keçirilib. Yerli məmurların səlahiyyətlərindən sui-istifadə etməsinin və özbaşınalıq hallarının qarşısını almaq məqsədilə vergilərin dəqiq miqdarı müəyyənləşdirilib. Bir sıra vergilər azaldılıb, bəziləri isə, ümumiyyətlə, ləğv edilib. Q.X.İ. iqtisadi inkişafa və əhalinin maddi vəziyyətinin nisbətən yaxşılaşdırılmasına şərait yaradıb.
Tarix terminləri lüğəti