Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qəbih ərəb

1. Çirkin, yaraşıqsız.

2. Qəbahətli, nalayiq, ləyaqətsiz.

Seyfəlmülük fərağında,

Gəzdim dərya qırağında,

Bədiəlcamal sorağında,

Qəbih camala uğradım.

        (“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)

                                                                          *

Qəzəbnak olub istədi Xəzangülü qətlə yetirsin, sonra fikir elədi ki, zənən tayfasını öldürmək qəbih işdi. (“Dilsuz və Xəzangül”)

Azərbaycan dastanlarının leksikası