Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QƏHRƏMAN

fars. qahraman sözündən olub, dilimizdə döyüş zamanı, yaxud başqa bir işdə qoçaqlıq, fədakarlıq, igidlik göstərən, igid, cəsur, qoçaq, bahadır, mənalarındadır.

Ədəbi əsərlərdə iştirak edən əsas surətlərə qəhrəman (əsərin qəhrəmanı) deyilir. İran mifologiyasından gəlmə şəxs adıdır. Qəhrəman kişi adı məişətimizdə geniş yayılmış adlardandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti