Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qəmərərəb

Ay.

Klassik şeirdə gözəl üz mənasında işlənir.

Günəş nə yandırıb, qəmər nə yaxar,

Qətrələr oynayıb ümmana axar.

Qurbani der: kim şahına kəc baxar,

Onun kamalına tez zəval olu.

                                        (“Qurbani”)

                                                *

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər... (“Qurbani”)

qəmər2 ərəb

1. Açıq-qara.

2. Dialektlərdə sarımtıl madyana da qəmər deyilir.

Şah İsmayıl atasından bu sözü eşidib barigahdan çıxdı. Qəmərdayın ziltəngini bərkitdi, belinə qalxdı, sürüb anasının yanına gəldi... (“Şah İsmayıl”)

Azərbaycan dastanlarının leksikası