►Mane olmamağa, yoluna çıxmamağa qəti çağırış mənasında işlədilən ifadə.
İfadə Şərq ölkələrində sulu qəlyan çəkilən meyxanalardakı bir davranışdan yaranmışdır.
Həmin meyxanalara girməyə imkanı olmayan kasıb adamlar uzun bir qəmiş tapıb kiçik pəncərədən irəli uzadar, içəridəki tüstünü ciyərlərinə çəkərdilər. Amma bəzən içəri uzadılan bu qəmişlər o qədər çox olardı ki, xidmətçilər narazılıqlarını bildirərdilər. Belə olanda meyxana sahibi həmin adamlara «qəmişinizi çəkin» əmri verərdi.
İfadәnin məhz bu şəkildə anlaşılmasının bir səbəbi odur ki, Şәrq ölkәlәrinin çoxunda qәmiş hәm dә «qəlyan», «sulu qәlyan» mәnasında işlәdilir. Odur ki «qәmiş(ini) çәk» ifadәsi hәm dә «qәlyan çәk» mәnasına gәlir.
Məsəllər, deyimlər