Reklam
Reklam

Məsəllər, deyimlər

QILINC MÜSƏLMANI

İslam dinini zorla, qılınc gücünə qəbul etmiş bir çox xalqlara, o cümlədən Azərbaycan türklərinə münasibətdə işlədilən ifadə.

İfadə VII−X əsrlərdə islam dininin bir çox ölkələrdə zorla, qılınc gücünə yayılması ilə bağlı meydana gəlmişdir.

Məlumdur ki, әrәb işğalına qәdər Azərbaycan türkləri atəşpərəst idilər. İslam dini tarixi Azərbaycan ərazisində zorla, qılınc gücü ilə VIII−IX əsrlərdə qəbul etdirilmişdir. Təxminən 100 il çəkən bu ağır proses Azərbaycanın Ərәb xilafәtinin tərkibinә qatılmasından sonra tamamlanmışdır. Hətta həmin istiladan sonra da əhalinin müqavimәti nəticəsindә islam dini bu ərazilərdə çox lәng yayılırdı. Tarixboyu işğalçı ərəblərә vә onların dininә qarşı etiraz çıxışları baş vermişdir. Yerli əhali qılınc müsəlmanı olmaqdansa, sidqi-ürәklә atәşpәrәst olub və atәşpәrәst kimi dә ölmәk istәyirdi.

Əsrlər keçsə də, islam dini köklü şəkildə özünə yer edib həyat tərzi və ideologiya kimi möhkəmlənsə də, şüurlara hopsa da, «qılınc müsəlmanı» ifadəsi xalqların dilindən çıxmamışdır.

Məsəllər, deyimlər