Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qın1

Qax, Şəki, Zaqatala

Lobyanın, fındığın yaşıl üst qabığı.  Sən lovyanın qının təmizdə, mən də hindi gəlirəm (Zaqatala); Lövyəni dənəliyif qınını mala verillər, mal yiyir; Fındıx kal olanda qınınnan çıxmaz (Şəki).

qın2

Salyan

Çevrə, dairə. □ Gəl qın çək, maqqulı oynıyağ.

Azərbaycan dilinin dialektoloji lüğəti