Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QIPÇAQ

etn., Qıpçaq kişi adı XI–XII əsrlərdə cənubi rus torpaqlarını tutmuş peçeneqlərə yaxın türkdilli xalqın adındandır.

Tarixdən məlum olduğu kimi, Xəzər dənizinin şimalında, Volqaboyuda və şimal-qərbdə məğlub edilmələri nəticəsində Orta Asiyanın şimal hissəsindən köçüb gələn türkdilli tayfaların (quman, becenek, suvar və s.) arasında qıpçaqlar da olmuşdur. Qıpçaqlar əvvəllər Volqaboyudan Dərbənd səddinə qədər uzanan torpaqlarda yaşamışlar. Sonradan isə bunlardan bəziləri daha aşağılarda, yəni Aranda, Azərbaycanda məskunlaşmışlar. Qıpçaq tayfa adı bu gün ölkəmizin ərazisində toponim olaraq mövcuddur. Qeyd etmək lazımdır ki, Qıpçaq dilimizdə uzun müddət həm də antroponim kimi işlənmişdir. Lakin artıq məişətimizdə arxaikləşmiş şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti