Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qırçı1

Əli Bayramlı, Ucar

Çoxdanışan, zəhlətökən. □ Biz çoxdanışana qırçı diyirik (Əli Bayramlı); İbad çox qırçı adamdı (Ucar).

qırçı2

Ağsu, Basarkeçər, Böyük Qarakilsə, Daşkəsən, Əli Bayramlı, Gədəbəy, Goranboy, Hamamlı, Xanlar, Kürdəmir, Qubadlı, Oğuz, Salyan, Tərtər, Zərdab

Bax: qırtçı Hacı Qara olduxca qırçı adamdı (Oğuz); Qırçı adamın öz malı özünə qismət döy (Daşkəsən); Qırçı pul xaşdamır (Tərtər); Sən nə yaman qırçı adamsan! (Qubadlı); Qo:şumuz Səməd çox qırçı adamdı (Əli Bayramlı); Dö:lətdilər qırçı olullar (Kürdəmir).

Azərbaycan dilinin dialektoloji lüğəti