Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QİVAMİ

ərəb. qivami sözü dilimizdə duruş, dayaq, həmçinin məna, məzmun anlamlarını ifadə edir.

Qədim adlardandır. Qivami ədəbiyyat tarixində XII əsrin ikinci yarısında Gəncədə yaşamış Dövlətşah Səmərqəndi Mütərrizi təxəllüsü ilə də tanınmış, Nizami Gəncəvinin qardaşı və yaxud əmisi oğlu olduğu ehtimal edilən, tanınmış şairlərdən olmuş Qivami Gəncəvinin (?-1190) adındandır. Şairin “Divan”ı Britaniya muzeylərindən birində saxlanılır. Türk şairi Ziya Paşanın tərtib etdiyi “Xarabat” adlı seçmə topluda yer almış “Bədiiliyin sehrkarlıqları” adlı məşhur qəsidəsi şərhləri ilə birlikdə Özbəkistanda Ə.Biruni adına İnstitutun əlyazmalar şöbəsində qorunmaqdadır. Ədəbiyyatşünaslığımızda barəsində, əsasən, 1940-cı ildən etibarən bəhs edilən şairin çörəkçi olduğu, ictimai məzmunlu şeirlər yazdığı qeyd edilir. Şeirlərinin əksəriyyətini dilimizə Ə.Vahid tərcümə etmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti