Cücülər sinfinin torqanadlılar dəstəsinə aid olan növ.
Bədəni və qanadları yaşıl, gözləri qızıl rəngindədir. Qanadları tül kimi kiçik tor şəklindədir. Yumurtasını yarpaq üzərində nazik sütuncuqların ucuna yapışdırır. Sürfəsi yırtıcıdır. Mənənə, tor gənəcikləri və kiçik tırtıllarla qidalanır.
Biologiya terminlərinin izahlı lüğəti