azərb. qoçu sözündəndir. Qoçu keçmişdə ixtiyar sahiblərinin, imkanlı şəxslərin yanında, bir növ, cangüdən, mühafizəçi kimi çalışan, qolugüclü, həmçinin ixtiyar sahiblərinə məxsus ərazilərə nəzarət edən, qan tökməkdən belə çəkinməyən qoluzorlu şəxslərə deyilmişdir.
Hətta filankəsin qoçusu, bu məhəllənin qoçusu kimi ifadələr də mövcud olmuşdur. Müasir Azərbaycan dilində qoçu sözü işlənmir. Danışıqda məcazi mənada özbaşına, mənəm-mənəmlik edib, heç kəsdən qorxub-çəkinməyən adamlar haqqında qoçu deyilir. Qoçu sözü Özünü ela aparır ki, ela bil buraların qoçusudu; Qoçudu ela bil, heç kasdan qorxmur; Buraların qoçusu da filankasdi; Qoçuluğu burax, xeyir tapmazsan və s. kimi deyimlərdə hələ də yaşamaqdadır. Bu gün artıq dilimizin antroponimikasında apelyativi arxaikləşmiş, yaxud köhnəlmiş şəxs adları sırasında olan Qoçu yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti