Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QORÇU

türk. qorçu sözündəndir. Əvvəllər sərhəd qoruyucusu, hökmdarın qoruyucusu, şəxsi mühafizəçisi qorçu adlanırdı.

Erkən dövrlərdə sərhəddə baş verən hər hansı bir hadisəni lazım olan məntəqəyə çatdırmaq üçün qorçular iri tonqallar yandırarmış. Odlu silah kəşf edildikdən sonra silahdan istifadə edənlərə qorçular deyilirdi. İlk odlu silahları adətən hökmdarların mühafizə dəstəsində olanlar – qorçular gəzdirərdi. Bu gün artıq dilimizin antroponimikasında apelyativi arxaikləşmiş, yaxud köhnəlmiş şəxs adları sırasında olan Qorçu yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti