Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

qorilla

Primatlar dəstəsindən insanabənzər meymun növü.

Boyu 1,65-1,75 m-ə (bəzi hallarda 2 m-ə), çiyinlərinin eni isə 1 m-ə çatır. Q.-nın orta çəkisi 140–170 kq, bəzən 200 kq-a qədər olur. Beyninin həcmi 600 sm3-dir. Q.-lar 30-50 il yaşayırlar.

Biologiya terminlərinin izahlı lüğəti