Reklam
Reklam

Etimologiya lüğəti

Qorqud

Mənbələrdə “uzaqgörən, ağıllı” mənasında görgid sözü var, görmək feili ilə bağlıdır. Qorqud həmin sözlə qohum kəlmədir. Ədəbiyyatda haqlı olaraq, gös­tərilir ki, Dədə Qorqudun bir şəxsiyyət kimi qeyri-adiliyi, ağılca, bilikcə, nüfuzca zə­­manədən yüksəkdə durması, qeyri-adi şairlik istedadı, bəstəkarlığı, ozan-aşıqlıq mə­harəti, müdrikliyi, uzaqgörənliyi (!) onu mifik obraza çevirmişdir (prof. E.Əli­bəy­zadə). Mən deyərdim ki, Dədə Qorqud türk aləminin Nostrada­mu­su səviy­yə­sinə yüksəlmişdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti