Reklam
Reklam

Etimologiya lüğəti

qovuq

“Kisə”, “qab” anlamını əks etdirir. Heyvan doğanda onun ilk südünü (ağuz) qo­vuq (kisə) içinə, yəni ətənəyə doldurub qorda pendirə oxşar yemək hazır­la­yırlar. Qovuq elə “kisə”, “ətənə” deməkdir. Qoymaq feili ilə qohumdur: “içinə nəsə qoyulan”, yəni “qab, kisə” və s. deməkdir. Sidik kisəsinə, ətənəyə də qovuq de­yi­lən vaxtlar olub. Güman edirəm ki, qabıq (yəni qab) sözü ilə qohumdur. Dia­lektlərdə qoux kimi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti