Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QÜDSİ

ərəb. qüdsi sözü dilimizdə müqəddəs, təmiz, pak, ən əziz anlamlarını ifadə edir. Qüdsi kişi adı nöqsansız mənasındadır.

Allahın məlum 99 adından biri də əl-Qüddüsdür. Əl-Qüddüs nöqsanlardan təmizlənmiş mənasında izah edilir. Qüdsi şəxs adı da Qüddüs adındandır. XIX əsrdə yaşamış ensiklopedik bilik sahibi, görkəmli Azərbaycan ziyalısı, yazıçı A.Bakıxanov (17941847) əsərlərini Qüdsi təxəllüsü ilə yazmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti