Qılmaq feili ilə bağlıdır, “işləyən” deməkdir. “Uşaq” mənasında da işlədilib (qulbeçə deyirik). Əsl Azərbaycan sözüdür, fars dilinə Xətainin dövründə bizdən keçib. Qulluq, qılman, qulluqçu, quldar sözləri də həmin Qul (qılmaq) zəminində yaranıb. Ruslarda da раб, ребенок və работа məhz iş anlamı ilə əlaqədardır. İş görən (yəni qul) qadındırsa, ona qarabaş (zənci olduqda), sarıbaş (rus olduqda), kün (türk olduqda) deyilib. Kəniz sözü də elə kün kəlməsi ilə qohumdur, türk mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti