ərəb. mürəkkəb adların tərkibində işlənən Qulam və Rza adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qulamrza (bax: ad – QULAM; RZA) kişi adı Rzanın qulu, köləsi anlamındadır. Adın daşıyıcılarından Qulamrza Beqdeli Təbriz Universitetinin Dil-ədəbiyyat fakültəsinin məzunu, İngiltərənin Edinburq Universitetində 1960-cı ildə magistr dərəcəsini almış, 1969-cu ildə doktorluq dissertasiyası müdafiə edərək Orta Asiya, İran və Azərbaycan xalqlarının ədəbiyyatı kafedrasının professoru olmuşdur. Nizaminin “Leyli və Məcnun”, Xaqaninin “Mədain xərabələri” əsərlərini ingilis dilinə tərcümə etmişdir. Alimin təşəbbüsü və rəhbərliyi ilə 1980-ci illərin sonlarından mühacir həmyerlilərini Cənubi və Şimali Azərbaycanda baş verən yeniliklərlə tanış etmək məqsədiləAzərbaycan və fars dillərində “Odlar ölkəsi” adlı aylıq qəzet nəşr olunur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti