Reklam
Reklam

Etimologiya lüğəti

qulan-quşqun

“İzahlı lüğət”də bu söz “qoşqu ləvazimatının hamısı” kimi açıqlanıb. Nə qulan-quşqun ifadəsi isə “təbii” anlamında şərh olunub. Qulan-quşqun “qoşqu ləvazimatı” deyil, “yəhər-yüyən” (yəni “atı minmək üçün lazım olan şeylər”) deməkdir. Məncə, sözün əsli palan-quşqun kimi olub, sonra dəyişib. Bir deyim var: filankəsin atı yəhərli-yüyənli gəldi (yəni “bütün əşyaları yerin­dədir”). Nə qulan-quşqun (palan-quşqun) ifadəsinin yozumu belədir: əgər hör­mət-izzət sahibi atı lüt minib sürürsə, yetim-yesir niyə palan-quşqun axtarmalıdır, bu, onun üçün təbii deyilmi? Mənbələrdə qusıncıq sözü də var və “zibilləmə” anlamını ve­rir. Quşqun da atın zibilli yerindən keçir və “qusmaq” (ifrazat) anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti