İpək, yun, kətan və s.dən toxunmuş parça (əsasən, al-əlvan rənglərdə olur). (“Koroğlu” dastanının lüğəti)
Əyləşibdi Çənlibelin elində,
Deyil işlərində naşı Koroğlu.
Misri qılınc həmayıldı belində
Geyər hər vaxt al-qumaşı Koroğlu.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Dəmirqapı Dərbənd əcəb tamaşa,
Batıb gözəlləri ala, qumaşa,
Adım Möminədi, atam Ərəb paşa,
İstərəm özünə elə yar məni.
(“Koroğlunun İstanbul səfəri”) (“Dərbənd-Vəli”)
Azərbaycan dastanlarının leksikası