Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qumru

Göyərçin cinsindən boz rəngli gözəl bir quş. (“Koroğlu” dastanının lüğəti)

Məcazlarda “gözəl danışıq”, “gözəl söhbət” mənasında işlənir.

Bir mina gərdənli, durna boğazlı,

Bir alma yanaqlı, bir şəhla gözlü,

Tuti danışıqlı, qumru ağızlı,

Şirin dili canım aldı, Koroğlu!

                         (“Koroğlunun Ərzurum səfəri”)

                    *

Hüsnün Züleyxadı, zəbanın qumru,

Yetişibdi bir cüt nar sinən üstə.

                        (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Teymur”)

Azərbaycan dastanlarının leksikası