Reklam
Reklam

Etimologiya lüğəti

qundaq1

Qədim mənası “bələk” deməkdir. Dialektlərdə yığcam adama qındırğa de­yirlər. -daq hissəsi bağ kəlməsinin dəyişmiş formasıdır. Qun hissəsi qon­darmaq (qıvraq) feili ilə qohumdur. Ümumi məna belədir: bağla və beşiyə qoy (qondar). Qaraqalpaq dilində “bələk” mənasında işlədilir. Onlar “завернуть” sözünü qundaqlamaq kimi tərcümə ediblər. İkinci yozum da mümkündür: qundaq sözünün kökü od mənasını verən köy kəlməsidir, isti deməkdir. Qundaq - “isti elə”, “bələ”, “bağla” mənasını əks etdirir. Anadolu türkləri “зажигательный” mə­na­sında qundaqçı sözündən istifadə edirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

qundaq2

Tüfəng qundağı. Zənn edirəm ki, söykəmək mənasına yaxın olan qon­dar­maq (qoymaq) kəlməsi ilə bağlıdır. Başqa dillərdə də buna uyğundur: rusca прикладкласть sözləri eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti