Ərəbcədən alınma sözdür, əsasən, suda balıqla qidalanan quşdur. M.Kaşğaridə qorday sözü ilə verilib. Yunan dilində ona “pelikan” deyirlər. S.Əzim yazır: “Gərdəni ağ, boynu misali qutan...” M.Kaşğaridə qor sözü “maye” anlamında açıqlanıb. Görünür, qorday “mayequşu” (su quşu) deməkdir. Elə qutan kəlməsi də ərəbcə su məfhumu ilə bağlıdır: “suya batıb-çıxan” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti