Reklam
Reklam

Etimologiya lüğəti

quz

İndi işlətdiyimiz payız kəlməsi, ehtimal ki, quz (küz) sözünün dəyişmiş for­ma­sıdır. Quzun qədim mənası “günsüz,nəmişlik” deməkdir. Mənbələrdə quzdağ sözü “günsüz dağ” kimi açıqlanıb. Quzey də “günsüz tərəf” deməkdir, ey şəkilçisi tərəf, isti­qamət bildirən sözlər düzəldib. Quyu divarlarının nəmişlik nəticəsində uç­ma­sına bəzi dialektlərdə “quzulamaq” (əsli: quzeyləmək) deyirlər. Bu da məhz quz sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti