lat. radium – şüa, şüalandırmaq
1. Ədəbi-bədii əsərlərin radionun ifadə vasitələrinin köməyi ilə səhnələşdirilməsindən, yaxud xüsusi olaraq radio üçün yazılmış pyeslərin səsləndirilməsindən ibarət proqram formatı.
R.-da təsvir olunan həyat hadisələrinin və hərəkətlərinin dərk edilməsi dinləyicilərin səs-söz qavrayışı ilə şərtlənir. Sözlərin, səslərin, küylərin, musiqinin dinləyicinin təxəyyülündə yaratdığı obrazlar hadisələrin “vizual” təsvirini formalaşdırır, tamaşanın ideyasının qavranılmasına və bədii formaların inandırıcılığına xidmət edir.
2. Radionun ifadə vasitələrinin köməyi ilə səhnələşdirilmiş və səsləndirilən ədəbi-bədii əsər.
Jurnalistika terminləri lüğəti