1. Hər hansı bir təsirə cavab olaraq əmələ gələn təsir.
2. Biologiya. Fiziologiya. Orqanizmin xarici və ya daxili təxərrüşə münasibəti. □ Orqanizmin soyuğa qarşı reaksiyası.
3. Əhvalda baş verən kəskin dəyişiklik; gərginlikdən, yüksəlişdən, yaxşılıqdan sonra əmələ gələn düşkünlük, zəiflik.
4. Kimya. İki və ya bir neçə maddə arasında yeni maddələrin əmələ gəlməsinə səbəb olan qarşılıqlı təsir.
5. Dövrü keçmiş hakim siniflərin ictimai tərəqqiyə qarşı siyasi, iqtisadi və ideoloji müqaviməti; cəmiyyətin inkişafına mane olan keçmiş köhnə üsul və qaydaları mühafizə və ya bərpa etmək cəhdləri.
Həmçinin bax: