Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

rəsmi məlumatlar

1. İnsanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin ­normal fəaliyyəti üçün təhlükə törədən föv­qəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət hakimiyyəti orqanlarının verdiyi xəbərlər.

2. Cəmiyyətin bilgi­lən­dirilməsi üçün zəruri olan, dövlət haki­miyyəti orqanlarının rəsmi mövqeyini, qə­rarlarını əks etdirən açıqlamalar, bə­ya­nat və çıxışlar.

3. İdarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmış informasiyalar.

Hə­qiqətəuyğun olmayan R.M.-ı yay­ma­ğa görə KİV məsuliyyət daşımır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti