1. Arxaizm. Minik atına lazım olan şeylər. □ .. Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri osmanlıda qəsb etdiyi gümüş rəxtlərdən satırdılar. (M.F.Axundzadə)
2. Arxaizm. Döşənəcək, yataq.
Ötkün sözüm, kəskin baxtım olaydı,
Ağ otağım, zərrin rəxtim olaydı. (Aşıq Ələsgər)
3. Arxaizm. Səfər ləvazimatı.
4. Arxaizm. Paltar.
Hǝm sǝdǝfǝm, hǝm inciyǝm, hǝşrü sirat əsinciyəm,
Bunca qumaşü rǝxt ilǝ mǝn bu dükanǝ sığmazam. (İ.Nəsimi)
Azərbaycan dilinin izahlı lüğəti