Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

reyd1 [reyd] isim holland

Dənizçilik. Gəmilərin, limanın daxilində və ya yaxınlığında lövbərdə durduqları yer. □ Reyddə durmaq.

reyd2 [reyd] isim ingilis

1. Hərb. Mütəhərrik hərbi qüvvələrin hər hansı bir məqsədlə düşmən arxasına soxulması, basqını. □ Süvari reydi. Partizanların müvəffəqiyyətli reydi.

2. İctimai təşkilatların və ya mətbuatın tapşırığı ilə fəallar dəstəsinin gözlənilmədən apardığı təftiş, yoxlama. □ Axşam qızlar evə qayıdanda reydi yaxşı keçirmək məsələsini bir də müzakirə elədilər. (Ə.Vəliyev).

Həmçinin bax:

coğrafiya: reyd stansiyası Azərbaycan dilinin izahlı lüğəti