Müxtəlif mifoloji ənənələrin, hansısa mifoloji arxetiplərin poetik rekonstruksiya materialı kimi istifadə olunduğu roman.
R-M.-də ədəbi mifologiyanın müxtəlif formaları təcəssüm olunur: klassik mif aktuallaşdırılması, məşhur mifoloji süjetlərin interpretasiyası, “müəllif” kvazimiflərin yaradılması. E.M.Meletinski R-M.-in üç növünü ayırıb:
– klassik R-M.-i: “İncil”dəki süjetlər, Homerin poemaları, kelt və alman əfsanələri və s. əsasında yazılır (məs.: T.Mannın “İosif və onun qardaşları” əsəri);
– müəllif R-M.-i: mifoloji mətnlər əsasında yaranır (məs.: F.Kafkanın “Qəsr” romanı);
– folklor-etnik R-M.-i: mif-mərasimləri əsasında yazılır (məs.: Q.Qarsia Markesin “Yüz ilin tənhalığı” romanı).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti