ing. Rich Site Summary – «saytın zənginləşdirilmiş xülasəsi» terminində sözlərin baş hərflərindən yaranmış abreviatura
Xəbərlərin xülasəsini, məqalələrin anonslarını tərtib edərək istifadəçiyə çatdırmaq, onu bloqlardakı yeniliklər barədə məlumatlandırmaq üçün texnologiya.
Bu texnologiya aqreqator (toplayıcı, qruplaşdırıcı) proqramlar əsasında yaradılıb. Proqramlar elə köklənir ki, avtomatik olaraq istifadəçinin seçdiyi saytlara daxil olur, orada dərc edilmiş yeni xəbərlərin qısa məzmununu və tam mətnə istinadları istifadəçiyə çatdırır. RSS texnologiyası XX əsrin son illərində hazırlanıb. Abreviaturanın başqa oxunuş formaları da var: RDF Site Summary – resursları təsvir etməklə saytın xülasəsi; Really Simple Syndication – çox sadə yayım.
Jurnalistika terminləri lüğəti