Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ruzigar [ru:zigar] isim fars

1. Külək, yel. □ ..Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. (M.S.Ordubadi).

2. Məcazi mənada: təşbehlərdə iti, sürətli mənasında. □ Uçun ey vətənin ruzgar qanadlı; Şahin təbiətli mərd oğulları! (Ə.Cəmil).

3. Hava mənasında. □ Ruzigar qaranlıqlaşdı. Ruzigar buludlaşdı.

4. Məcazi mənada: dövran, zəmanə; tale, fələk. □ Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət. (S.Ə.Şirvani).

5. Məcazi mənada: ömür, yaşayış, həyat, gün. □ Neçə gündür didarını görmənəm; Ruzigarım qara günə bağlandı. (M.P.Vaqif).

6. Güzəran, vəziyyət, gün, hal. □ Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. (Q.Zakir).

Həmçinin bax:

frazeologizm: ruzigarı bəd əsmək frazeologizm: ruzigarı qara gəlmək Azərbaycan dilinin izahlı lüğəti